Masallıda ağır yol-nəqliyyat qəzası

Hunday

XALQ.AZ-ın məlumatına görə, Masallı-Yardımlı yolunun Qəriblər kəndində baş verən qəza zamanı azyaşlı piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Masallı sakini 23 yaşlı Natiq Ədalət oğlu Ağayev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçmək istəyən piyada Cəlilabad rayonunun Böyük Bəcrivan kənd sakini 11 yaşlı Aytən Nadir qızı Nəbiyevanı vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan A.Nəbiyeva dərhal Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Burada ona müvafiq tibbi yardım göstərilib, amma vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma başlanıb.