Masallıda seçiçilərlə görüş keçirildi

05

Millət vəkili Xıl kəndində ağsaqqallar və gənclərlə seçkilərdən danışıb

Deputat Cavanşir Paşazadə bu gün Masallı rayonunun Xıl kəndində olub. Kənddə yeni istifadəyə verilmiş orta məktəblə tanış olan millət vəkili yaradılmış şəraitdən razılıq edib. Millət vəkili müəllimlərin qarşısında çıxış edərək, dövlətimizin təhsilə və insanlara göstərdiyi qayğıdan bəhs edib. Xalq.az xəbər verir ki, bu görüşdən sonra Cavanşir Paşazadə Xıl kəndinin ağsaqqalları və gəncləri ilə də toplantı keçirib. Onlarla görüşündə millət vəkili qarşıdan gələn prezident seçkilərindən, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətdən bəhs edib. Və bildirib ki, bu gün Prezidentliyə namizəd İlham Əliyevin alternativi yoxdur. Sonda Xıl kəndinin sakinləri bildiriblər ki, seçkilər günü hamılıqla seçki məntəqələrinə gedərək, ən layiqli namizəd olan İlham Əliyevə səs verəcəklər.

01 02 03 06 07 08 09