Maşın oğrusu 5 aydan sonra tutuldu

ogru

Aprel ayında oğurluq edən Yardımlı rayon sakini tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 8-də Natiq Əliyevə məxsus “VAZ-2109” markalı avtomobili Yardımlı rayon sakini Natiq Məmişov qaçırıb.

Onun tutulması istiqamətində polis əməliyyat-axtarış tədbirləri həyata keçirib.

Belə ki, Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Əliyevin avtomobilini qaçıran Yardımlı rayon sakini N.Məmişov tutulub.