Maşın şouda qırğına çıxdı – Video

Gərginliyin günü-gündən artdığı “Maşın” şouda daha bir qalmaqal aparıcılar Mətanət Əliverdiyeva və Aytən Səfərova arasında yaşanıb.

XALQ.AZ xəbər verir ki, buna səbəb Mətanətin aktyor Cavidan Novruzla Aytən arasında baş verən mübahisəyə qoşulması olub.

Belə ki, nahar vaxtı Cavidanla Aytən mübahisə edib. Səfərova Cavidanı maşın ətrafında etdiyi zarafatlarına görə “Duzsuz” adlandırıb. Daha sonra bir-birini təhqir edən məşhurlar arasına Mətanət girib.

O, aktyora “Əsəbiləşmə, başın xarabdır. O, kimdir ki, ona görə əsəbiləşirsən? O, ömrü boyu…. Onu məndən yaxşı tanıyan yoxdur. O, ağzının danışığını bilmir” deyib.

Əliverdiyevanın bu sözləri Səfərovanı özündən çıxarıb. Canlı yayımda hər iki aparıcı sözləşib.

Mətanətin “Mən maşın ətrafında sakit dayana bilmərəm. Zarafat da edirəm, “şpaqat” da açıram. Əcəb edirəm. Kim istəyir, baxsın, istəməyən, xoş gəldi” deməsinə cavab olaraq Aytən “Mən camaatın qarşısında “şpaqat” açmaram. Bu da mənim xarakterimdir. Yadından çıxartma ki, bir vaxtlar sənin bu hərəkətinə görə mən işimdən olmuşam” deyib.

Sonda Mətanət bildirib ki, o, sözünün üstündə durur: “Heç bir qadın kişiyə o sözü deməzdi”.

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir