“Maşın”da onlar yarışacaq

Xəbər verdiyimiz kimi, teleməkanın ən qalmaqallı proqramı “Maşın” şou Əməkdar artist Murad Dadaşovun təqdimatında yenidən ATV-də start götürür.

“M Group Production”ın istehsalı olan realiti şou mayın 28-də başlayacaq.

Yenə də 18 məşhurun mübarizəyə başlayacağı şouda ilk dəfə və bir neçə dəfə iştirak etmiş məşhur şəxslərin olduğu bildirilsə də, onların kimliyi barədə informasiya verilməyib.

XALQ.AZ xəbər verir ki, “Maşın”ın 16-cı sürətində səs-küylü aktrisa Pərvin Abıyeva, müğənni Xuraman Şuşalı və reper Qurd olacaq.

Qeyd edək ki, Abıyeva şouda ikinci dəfə iştirak edəcək. Qurd isə şouda ilk dəfə olacaq.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.