“Maşın”ın tarixində ən çox səs faizi yığan iştirakçı – VİDEO

ATV-də şoumen Murad Dadaşovun aparıcılığı ilə yayımlanan “Maşın şou” son günlər media və sosial şəbəkələrin gündəmindən düşmür.

XALQ.AZ xəbər verir ki, veriliş yayımlandığı gündən bəri istər iştirakçılar arasındakı qalmaqallar, istərsə də oyunçuların topladığı səslər proqramın daimi izləyicilərinin marağını cəlb edib.

“Maşın şou” tarixi boyunca isə qalmaqaldan daha çox özünün yaratdığı imicinə görə ən çox səs toplayan iştirakçı mərhum reper Hüseyn Dərya olub. Oyunu zamanı “Həyat tərzi məni elə formalaşdırıb ki, nəinki bu maşın mübarizəsinə, bütün mübarizələrə hazıram” deyən reper 99.64% səs toplayaraq veriliş tarixində rekorda imza atıb.

Qeyd edək ki, mərhum reper 2010-cu ildə yayımlanan “Maşın şou 10 -Transformer”in iştirakçısı olub.

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.