Maslyakov Bakıya gəlir

16
Oktyabrın 23-də Heydər Əliyev Sarayında Şən və Hazırcavablar (KVN) klubunun beynəlxalq turniri keçiriləcək.

Xalq.aznAxşam.az-a istinadən xəbər verir ki, İrkutskidən “Raisa”, Moskvadan “Parapaparam”, Smolenkskidən “Triodi Diod” kimi komandaların qatılacağı yarışda Azərbaycanı “Bakı yığması” təmsil edəcək.

İştirakçılar “Azərbaycan Prezidentinin Kuboku” uğrunda mübarizə aparacaq.

Gecənin aparıcısı “KVN” beynəlxalq birliyinin prezidenti Aleksandr Vasilyeviç Maslyakov olacaq.