Mayis Əliyev nazir təyin olundu

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov iyunun 8-də Hafiz Yaqubovun ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.

XALQ.AZ xəbər verir ki, Vasif Talıbovun digər fərmanına əsasən Mayis Əliyev Naxçıvanın ekologiya və təbii sərvətlər naziri təyin edilib.

Qeyd edək ki, M.Əliyev bundan əvvəl  həmin nazirlikdə şöbə müdiri vəzifəsində çalışıb.

 

 

Orxan