Mehdiabadda yoxa çıxan milyonlar

Belediyye

Mehdiabadda satılan 30 hektar torpaqdan əldə olunan vəsaitlərin bilinməyən taleyi

Mehdiabad bələdiyyə sədri Əbülfət Nuruyev son 5 ildə Mehdiabadda 30 hektar torpaq satıb. Amma satılan torpaqlardan əldə olunan vəsaitlərin taleyini heç kim bilmir
Paytaxtın müxtəlif yerlərində tikili evlərin sökülməsi son aylar Bakıda torpağın qiymətinin kəskin şəkildə qalxması bələdiyyə sədrlərini torpaqların ucdantutma satışına həvəsləndirib.
Dövlət başçısı İlham Əliyevin 2007-ci ildə ölkə prezidentinin verdiyi sərəncama əsasən bələdiyyə torpaqları hərraclarda satılmalı olsa da, hələ bu günə qədər ölkədə bələdiyyələrin torpaq satışı üçün hərrac həyata keçirməsi haqqında heç bir fakta rastl gəlinmayıb. Hətta bu günə qədər heç bir bələdiyyə hərrac keçirməsi haqqında elan belə verməyib. Dövrü mətbuatda da hər hansı bir bələdiyyənin hərrac keçirməsi barədə heç bir məlumata rast gəlinməyib. Amma buna baxmayaraq 2007-ci ildən bəri Bakı şəhərində bələdiyyələr tərəfindən milyardlarla manatlıq torpaq satılıb.
Bələdiyyələrin prezidentin verdiyi sərəncama riyaət etməməsi ilə yanaşı satılan torpaqlardlan əldə olunan milyardlarla manat vəsaitin hara sərf olunması barədə heç bir məlumat yoxdur. Bakının qəsəbələrinin sosial inkişafında böyük əsaslı maliyyə mənbəyi olan bu vəsaitlərin mənimsənilməsi heç kimdə şübhə doğurmur. Bir çox hallarda isə bələdiyyələrin vətəndaşlara verdikləri sənədlərin heç bir hüquqi əsası olmur. Bu isə o deməkdir ki, ölkə bələdiyyələri, xüsusilə Bakı bələdiyyəlri dələduzluqla məşğul olurlar. Hazırda bu problem on minlərlə kasıb və möhtac insanın ən böyük problemlərindən birinə çevrilib.
Bununla yanaşı bələdiyyə sənədlərini yoxlayarkən məlum olacaq ki, torpaqların satılması barədə hərraclar keçirilib. Bu hərraclardan heç kimin hətta torpaqları alanların xəbəri belə olmasa da, sənədlərdə bələdiyyə sədrləri hərracların keçirildiyini iddia edəcəklər. Əslində torpaqları satanlar bələdiyyə sədrlərinə, onların müavinlərinə bağlı olan dəllallar və dələduzlardır ki, həmin dəllallar on minlərlə insanı aldadaraq onların son ümidlərinin üstündən xətt çəkməklə məşğuldurlar. Təbii ki, həmçinin sənədlərdə satılan torpaqların qiyməti su qiymətinə göstərilir və bu qiymətləri gördükdən sonra hər kəs hektarlarla torpaq almaq fikrinə düşə bilər. Bütün bunların müqabilində isə ortada talan olunan bələdiyyə torpaqları və bir neçə bələdiyyə məsulunun və icra orqanlarının vəzifəli məmurlarının mənimsədikləri milyardlar var.
PİA.AZ-a Mehdiabad bələdiyyəsi ilə bağlı daxil olan məlumatda da yuxarıda göstərilən özbaşınalıqlar və böyük korrupsiya faktları öz əksini tapıb. Belə ki, son iki ildə ərzində Mehdiabad  bələdiyyəsinin sədri Əbülfət Nuruyev qəsəbədə boş torpaq qoymayıb və bütün əraziləri ucdantutma satıb. Mənbəninin bildirdiyinə görə hazırda Mehdiabad qəsəbəsinin kənar ərazilərində 1 sot torpağın qiyməti 8-10 min manat arasında dəyişir.
Daxil olan məlumatda göstərilir ki, Əbülfət Nuriyev qəsəbənin mərkəzi hissələrindəki torpaq sahələrini isə öz yaxın adamlarının adına sənədləşdiriərək həmin torpaqların 1 sotunu 15 min manatdan satır. Bələdiyyə sədri satdırdığı torpaqlara rəhbərlik etdiyi qurumun adından adi bir kağız parçası verir. Torpaq alan vətəndaş isə yerli icra nümayəndəsinə və ərazinin polis işçisinin hörmətin etdikdən sonra evini tikir. Qəsəbədə 1 mərtəbəli ev tikmək üçün icra nümayəndəsinə 2500 manat, 2 mərtəbəli ev tikmək üçün isə 4-5 min manat arası hesab verməlisən.
Məlumatda qeyd olunur ki, son 5 ildə Mehdiabad bələdiyyəsində Əbülfət Nuriyev tərəfindən 30 hektardan çox ərazi satılıb. Mehdiabad bələdiyyəsinin hündür ərazilərində yüksək çinli məmurların vilalalar tikməsi ərazinin yollarının daim yaxşı qalmasına şərait yaradıb. Belə ki, imkanlı məmurlar villalarına gedən yolları şəxsi vəsaitləri hesabına düzəltdirilər. Əbülfət Nuriyev isə qəsəbə bələdiyyəsindin büdcəsində olan qəpik quruşu həmin yolların cari təmir edilməsi adı altında silməklə məşğuldur. Mənbə bildirir ki, Mehdiabad bələdiyyəsi torpaq  satışından əldə olunan milyonlarla manat vəsaiti qəsəbənin sosial inkişafına  sərf etsəydi, Mehdiabadın qəsəbəsinin heç bir sosial problemi qalmazdı. Amma torpaq satışından əldə olunan vəsaitlərin demək olar ki, 90 faizi ayrı-ayrı şəxslərin cibinə axıb. Bələdiyyənin büdcəsinə daxil olan cüzi vəsaitlər isə görülməyən işlərə sənədləşdirilərək bələdiyyə sədri tərfindən yenidən mənimsəneilib.
Təkcə bu il Merhdiabad qəsəbəsində 3 hektardan çox torpaq sahəsinin satıldığı və bu biznesdən Əbülfət Nuriyevin milyonlıar qazandığı bildirilir. Artıq oktyabr ayında keçiriləcək bələdiyyə seçkilərinə hazırlaşan Əbülfət Nuriyev yağlı kreslosunu heç kəsə vermək istəyində deyil.
Məlumatlı mənbə bildirir ki, Əbülfət Nuriyev özünə yaxın şəxslərin adında olan torpaqlarını tələsik sataraq seçkilərə 3 ay qalmış yuxarı dairələrin hesabını vermək haqqında düşünür.
Qeyd edək ki, Mehdiabad bələdiyyəsinin sədri Əbülfət Nuriyevin torpaq biznesi ilə bağlı yaxın günlərdə oxucularımıza ilginc faktlar təqdim edəcəyik. Bizi izləməkdə davam edin..
Qarşı tərfin mövqeyini dərc etməyə hazırıq…