Mehriban Ələkbərzadə anasını itirdi

mehr

Əməkdar incəsənət xadimi, tanınmış rejissor və publisist Mehriban Ələkbərzadə anasını itirib.

Lent.az-ın xəbərinə görə, M. Ələkbərzadənin anası Pakizə xanım bir müddət idi ki, xəstəlikdən əziyyət çəkirdi. O, bu gün səhər saatlarında dünyasını dəyişib.

M. Ələkbərzadə “facebook” sosial şəbəkəsində bu il avqustun 28-də yazdığı sonuncu statusunu da anasına həsr edib: “Görəsən, ALLAH bizi məhz bu cur yaratmaqla bizə bəlli A-dan B-yə gedən yolda mütləq dayanacaqlar bele verdiyi halda cüzi manevrlər etmək şansını sadəcə mərhəmətindənmi verdi? Ya bizim özümüzü AZAD varlıq hiss etməyimizi istədi? Bircə istədiyim budur ki, ANAMa yaşamaq ŞANSI versin. Əvəzində məndən istədiyini geri alsın”.