Mehriban Əliyevadan Pakistana dəstək

01

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə Pakistanın Pəncab əyalətinin Fayzabad, Ravalpindi, İslamabad, Lahor, həmçinin zəlzələdən ciddi zərər çəkmiş Bəlucistan əyalətində Qurban bayramı ilə əlaqədar silsilə tədbirlər keçirilib. 

Xalq.az  xəbər verir ki, Azərbaycanın Pakistandakı səfirliyindən bildirilib ki, Pəncab əyalətinin Fəyzabad şəhərindəki 400-dən çox kimsəsiz uşağın məskunlaşdığı Ancumen Faiz Ul İslam (AFUİ) uşaq evində təşkil olunmuş təntənəli mərasimdə Pakistan Senatının səhiyyə, qaydalar və əlaqələndirmə komitəsinin sədri, senator Zəfər Əli Şah, senatorlar Saida İqbal, Nuzhat Sadıq, Nəcmə Həmid, Milli Assambleyanın deputatı Tahirə Ouranqzeyb, Senat administrasiyasının rəhbəri İftixarulla Babar, AFUİ-nin prezidenti Mian Sadıq Əkbər, birinci vitse-prezidenti Əziz Haşimi, ziyalılar, ictimai-siyasi xadimlər, mətbuat nümayəndələri iştirak ediblər.

Qurban bayramı ilə əlaqədar Pakistanın müxtəlif bölgələrində keçirilmiş tədbirlər zamanı 200-dən çox qurbanlıq inək və qoyun kəsilərək kimsəsizlər və qocalar evlərinə, həmçinin zəlzələdən zərər çəkmiş imkansız ailələrə paylanılıb.