Mehriban Əliyevanın uşaqlıqda çəkildiyi film (VİDEO)

Avqustun 26-da doğum gününü qeyd edən ölkənin birinci xanımı Mehriban Əliyevanın uşaqlıq dövründə rol aldığı filmdən fraqmentlər yayılıb.

XALQ.AZ-ın məlumatına görə, Dövlət Televiziyasında efirə gedən süjetdə Mehriban Əliyevanın kiçik yaşlarında “Danışan məktub” adlı filmə çəkildiyi açıqlanıb. Qafqazinfo bildirib ki, filmdə birinci xanım Validə obrazını canlandırıb. Həmin kadrları sizə təqdim edirik.