Mehriban Xanlarovanın səsinin batmasının səbəbi məlum oldu

12

Əməkdar artisti Mehriban Xanlarovanın səsinin batmasıyla bağlı xəbər son günlər bütün medianın gündəmini zəbt edib. Əməkdaşımızın etibarlı mənbədən aldığı məlumata görə buna səbəb aktrisanın əsəbiləşərək stress keçirməsi, isterik vəziyyətdə çığırması olub. Hadisə sabah saat 19.00-da ATV kanalında yayımlanacaq “Toy gecəsi” bədii televiziya serialının 11-ci bölümünün çəkilişləri zamanı baş verib. Beləki, tanınımış sənətçi Namiq Qaraçuxurlunun canlandırdığı Murad Qəhrəmanovun atası Fuad Qəhrəmanovla (Nazir Rüstəmov) Cahan (M. Xanlarova) arasında gənclikləriylə bağlı sirrlə əlaqədar gərginlik yaşanır. Epizodun çəkilişi zamanı mübahisə o həddə çatır ki, Mehriban xanımın səhhəti qəfildən pisləşir, hətta çəkiliş meydançasına təcili tibbi yardım çağrılır. Ən son məlumata görə aktrisanın vəziyyəti hazırda normaldır. Bir daha qeyd edək ki, bu və digər gərgin hadisələrlə zəngin, “Toy gecəsi” serialının indiyə qədər yayımlanmış ən maraqlı seriyalarından biri olan 11-ci bölümü sabah saat 19.00-da ATV kanalında yayımlanaçaq.