“Merilin Monro” bir günə 1 mln-dan çox izləndi (VİDEO)

Amerikalı müğənni, repçi, prodüser, musiqiçi və geyim dizayneri Farrel Uilyams “Marilyn Monroe” klipini təqdim edib.

Xalq.az-ın məlumatına görə, müğənninin 2014-cü ilin mart ayında təqdim etdiyi sonuncu “G I R L” albomunda yer alan mahnıya çəkdirdiyi klipini Luis Servero ekranlaşdırıb.

Farrell mahnını və klipi qız pərəstişkarlarına həsr edib. Klipin əsas qəhrəmanlarından biri müğənni Kelli Osborndur.

Klip internetə yükləndiyi bir gün ərzində 1 milyondan çox baxış sayı toplayıb.