Merkelin ABŞ-a səfərinin tarixi açıqlanıb

Almaniya kansleri Angela Merkel aprelin 27-də ABŞ-a səfər edəcək.

XALQ.AZ xəbər verir ki, məlumatı Almaniyada çıxan “Bild” qəzeti yayıb.

Bildirilib ki, o, ABŞ prezidenti Donald Trampla görüşəcək.

Səfərin tarixi rəsmi mənbələr tərəfindən hələlik təsdiqlənməyib. Bu, yenidən kansler olduqdan sonra Angela Merkelin ABŞ-a ilk səfəri olacaq.

Qeyd edək ki, Donald Trampla Angela Merkel Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal qalmaqalını telefonla müzakirə ediblər. Onlar Britaniya ilə həmrəylik əlaməti olaraq birgə fəaliyyət göstərməyin vacibliyini vurğulayıblar.

 

Elgün