Metro istifadəçilərinə şad xəbər – Foto

İyunun 7-də “Bakı Metropoliteni”nin “Sahil” stansiyası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.

XALQ.AZ xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev stansiyada görülən işlərlə tanış olub.

Xatırladaq ki, Sahil stansiyası ötən il avqustun 21-də bağlanıb.

Təmir müddətində stansiyada quraşdırılmış “LT-3” tipli 3 eskalator sökülərək, yerində Almaniyanın “ThyssenKrupp Fahrtreppe” şirkətinin “Viktoriya” tipli 4 eskalatoru quraşdırılıb.



 

 

Orxan