ABŞ-ın Corciya ştatında metroda silahlı insident baş verib.
XALQ.AZ bildirir ki, naməlum şəxs vaqona minən kimi sərnişinlərə atəş açmağa başlayıb. Nəticədə 1 nəfər ölüb, 3 nəfər isə ağır yaralanıb. İnsidentin baş vermə səbəbi və saxlanılan şəxsin kimliyi barədə məlumat verilmir.