Metronun bu stansiyasının giriş-çıxışı bağlanır

Təmir işləri ilə əlaqədar “Koroğlu” stansiyasının “piramida” adlandırılan giriş-çıxışı 2018-ci il aprel ayının 21-dən müvəqqəti olaraq bağlanır.

XALQ,AZ xəbər verir ki, lakin stansiyanın digər bütün giriş-çıxışları (“Alov” parkı, Nəqliyyat Mübadilə Mərkəzi, Milli Gimnastika Arenası, avtomobil dayanacağı, şəhərətrafı kənd və qəsəbələrə hərəkət edən elektrik qatarları istiqamətində) açıq olacaq.

Yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyirik.

 

Elgün