Meyxanaçı toyda dava saldı

Bakıda məşhur meyxanaçılar Rəşad Dağlı və Teymur Dağlı arasında baş verən davanın görüntüləri yayılıb.
XALQ.AZ goldnews.az-a istinadən xəbər verir ki, sözügedən davanun üstündən zaman keçsə də, görüntüləri yeni yayılıb. Davaya səbəb isə Teymur Dağlının deyişmə zamanı həmkarının narkotik vasitədən istifadə etməsinə eyham vurması olub. Onun bu hərəkətindən sonra Rəşad Dağlı əsəblərinə hakim ola bilmir və Teymur Dağlıya söyüş söyüb. Bundan sonra tərəflər əlbəyaxa davaya çıxır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir