Microsoft tərcümə proqramı hazırlayıb

“Microsoft” korporasiyasının “Microsoft Translator” proqramı neyron şəbəkəsi alqoritmlərinə əsaslanan daha keyfiyyətli kompüter tərcüməsini internetə qoşulma olmadan həyata keçirəcək.

XALQ,AZ xəbər verir ki, “Android” sisteminin idarəetməsi altında işləyən sözügedən proqramın yeniləməsinin təsvirində deyilir: “Aşağıdakı dillər üçün neyron şəbəkəsinə əsaslanan avtonom dil paketləri yenilənib: ərəb, çin (sadələşdirilmiş), fransız, alman, italyan, yapon, Koreya, portuqal, rus, ispan, tay”. Bu dillərin daşıyıcıları sözügedən proqramın köməyi ilə internetə qoşulmadan ünsiyyət saxlaya biləcəklər.

Bu proqramın istifadəçiləri neyron şəbəkəsinə əsaslanan oflayn tərcümədən yararlanmaq üçün yenilənmiş dil paketlərini yükləməlidir. “Microsoft”un rəsmisi bildirib ki, yüklənilən dil paketlərinin tutumu 50% azalıb, tərcümənin keyfiyyəti isə orta hesabla 23% yüksəlib.

 

Elgün