Mikayıl Cabbarovun “Böyük Ermənistan” sevgisi üzə çıxdı-Fotofakt

Mikayil

 

 

mikayil cabbar-1

Azərbaycanda dərslik məsələsi ilə bağlı daha bir qalmaqallı fakt üzə çıxıb.

XALQ.AZ Lent.az-a istinadən xəbərinə görə, bu barədə sosial şəbəkələrdə yayılan məlumatlarda bildirilir ki, orta məktəblərin 10-cu sinfi üçün nəzərdə tutulmuş rus dilində “Azərbaycan tarixi” dərsliyində ciddi xətaya yol verilib.

Həmin kitabda yer almış xəritədə uydurma “Dənizdən-dənizə Böyük Ermənistan” dövlətinin əraziləri təsvir olunub. Xəritədə uydurma dövlətin ərazilərinə Azərbaycan, Türkiyə, İran və Gürcüstanın torpaqları daxil edilib.

Qeyd edək ki, həmin dərslik Təhsil Nazirliyinin qrifi ilə 7000 tirajla nəşr olunub. Kitabın müəllifləri Təvəkkül Əliyev, Rövşən Hətəmov, Niyaməddin Quliyev, Pərviz Ağalarov, Şamil Əmrahov, Faiq Babayev, Elşən Qasımov, Kamran Əsədov və Elnur Hüseynovdur.

Фото Könül Alı.

******

Təhsil Nazirliyi mətbuatda tədris rus dilində aparılan ümumi təhsil müəssisələri üçün X sinif “Всеобщая история” dərsliyi ilə bağlı yayılmış məlumatlara aydınlıq gətirib.

Nazirlik bildirir ki, həmin dərslikdə texniki səhv aşkar edilib.

“Aşkarlanmış səhv dərsliyi nəşr və çap edən “Şərq-Qərb” nəşriyyatı tərəfindən aradan qaldırılıb və dərslik yenidən çap olunaraq məktəb kitabxanalarına təhvil verilib.

Tədris rus dilində aparılan ümumi təhsil müəssisələri üçün yeni çap olunmuş X sinif “Всеобщая история” dərsliyinin yenilənmiş tirajı şagirdlərə paylanılıb.

X sinif “Всеобщая история” dərsliyinin orijinal Azərbaycan və gürcü dilində tərcümə variantlarından fərqli olaraq, qədim Roma imperiyasının xəritə toponimləri rus dilində olan variantda düzgün verilməyib”, – deyə məlumatda qeyd olunub.

Həmçinin bildirilir ki, qeyd olunan dərslikdəki texniki səhvlə bağlı ilkin olaraq Bəhlul Hüseynov adlı vətəndaş Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə müraciət edib. Təhsil Nazirliyinin rəhbərliyi Bəhlul Hüseynovu qəbul edib və ona əsl vətəndaşlıq mövqeyi nümayiş etdirdiyi üçün təşəkkürünü bildirib.

Məsələ ilə bağlı araşdırma aparılır.

 

Фото Könül Alı.

Source: Xalq.az