Milçək yemək orucu pozarmı?

Milcek

“Milçək udmaq orucu pozmaz”. XALQ.AZ-ın xəbərinə görə, bu barədə fətva Türkiyənin rəsmi din qurumu “Diyanət”in internet saytında yayılıb.

Fətvada bildirilib ki, bilmədən boğazdan milçək və toz keçməsi orucu pozmaz. Bu onunla əsaslandırılıb ki, milçək və tozun heç bir qida dəyəri yoxdur və belə hadisə insanın iradəsinin xaricində baş verir.

Bundan başqa gözəl ətir iyləmənin, qan aldırmağın və qiybət qırmanın da orucu batil etmədiyi bildirilib.