Millət vəkili AŞPA -da çağırış etdi

 

sevinc

Avropa Şurası Parlament Assambleyasının payız sessiyası çərçivəsində təşkilatın sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclasında AŞPA-dakı nümayəndə heyətimizin üzvü, Milli Məclisin deputatı Sevinc Fətəliyevanın “Silahlı münaqişələrin qurbanı olan uşaqların müdafiəsi” adlı məruzəsi müzakirə olunub.

Aktuallığı ilə diqqəti cəlb edən bu məruzə komitə üzvləri tərəfindən dəstəklənib və yüksək qiymətləndirilib. AŞPA-da hökm sürən hazırkı böhran zamanı azərbaycanlı deputatın məruzəsinin yüksək qiymətləndirilməsi təqdirəlayiqdir.

Sevinc Fətəliyevanın hazırladığı məruzədə dünyada uşaqların valideyn himayəsindən məhrum olmalarının, zorakılığa məruz qalmalarının, əlil olmalarının yeni fəsadlar yaradacağı və gələcək üçün çox təhlükəli olduğu qeyd edilir. Məruzədə bütün ölkələr mövcud vəziyyətlə bağlı tədbirlər görməyə çağırılır.

Qeyd edək ki, Sevinc Fətəliyeva iki il AŞPA-nın sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin uşaqlar üzrə baş məruzəçisi olub. Bu müddət ərzində onun fəaliyyəti müsbət qiymətləndirilib.

Scroll to top