Millət vəkilləri Gürcüstana gedir

Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşovun başçılığı ilə qrupun üzvləri Kamilə Əliyeva, Pərvin Kərimzadə, Naqif Həmzəyev, Rasim Musabəyov və Hikmət Məmmədov mayın 13-dən 16-dək Tbilisidə səfərdə olacaqlar.

XALQ.AZ xəbər verir ki, MM-dən  verilən məlumata görə, Gürcüstan-Azərbaycan parlament dostluq qrupunun dəvəti əsasında həyata keçiriləcək səfər çərçivəsində iki ölkə arasında parlamentlərarası əlaqələrin inkişafına dair müzakirələr aparılacaq.

Milli Məclisin nümayəndə heyətinin Gürcüstanda bir sıra rəsmi şəxslərlə görüşləri də nəzərdə tutulub.

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.