Millət vəkil Qarabağdan danışdı

9

Millət vəkili Qənirə Paşayeva Moldovanın Dövlət Komrat Universitetində Qarabağ həqiqətlərindən danışıb. 

Universitetin rektoru Zinaida Arikova , bir sıra müəllim və tələbələr iştirak etdiyi toplantıda Millət vəkili Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, Ermənistanın işğal etdiyi torpaqlarda apardığı etnik təmizləmə siyasəti, tarixi, dini, mədəni abidələri dağıtması, Xocalı, Qaradağlı soyqırımı, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz evlərinə dönə bilməməsi, son vəziyyət barədə ətraflı məlumat verib.
Dünyanın bəzi ölkələrinin Xocalı Soyqırımını rəsmən tanıdıqlarını xüsusi vurğulayan Qənirə Paşayeva ədalət yanında olan ölkələrin bu soyqırımı rəsmən tanıyacaqlarına və sayının artacağına inandığını bildirib. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Universitetin rektoru Zinaida Arikovaya, bır sıra müəllim və tələbələrinə rəhbərlik etdiyi “Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi tərəfindən hazırlanan və ermənilərin tarix boyu azərbaycanlılara qarşı törətdiyi soyqırımları özündə əks etdirən “Azərbaycan həqiqətləri” filmlər kataloqunu, Azərbaycan həqiqətlərinə, Qarabağ problemi,
Xocalı soyqırımı və eyni zamanda Azərbaycan mədəniyyətinə dair materiallar da təqdim edib.