Millət vəkili avtoqəza törətd-Ölən var

qezaaa

 

Faktla bağlı araşdırmalar davam edir

Türkiyədə ölümlə nəticələn yol nəqliyyat hadisəsi baş verib.XALQ.AZ İstiPress-ə istinadən xəbər verir ki, minik maşının motosikletlə toqquşması nəticəsində motosikletin sürücüsü ölüb.

Hatay vilayətinin Dörtyol rayonunda hakim Ədalət və İnkişaf Partiyasından (AKP) millət vəkili olan Hacı Bayram Türkoğluna aid 01 C 1221 dövlət nömrə nişanlı avtomobil motosikletlə toqquşub. Motosikletin sürücücüsü suariyalı olub. O, hadisə yerində ölüb.

Gecə saatlarında baş vermiş qəza zamanı millət vəkili Hacı Bayram Türkoğlunun da içində olduğu avtomobili sürücü Fehmi Rigan idarə edirmiş. Qəzadan sonra sürücü ifadəsi alınmaq üçün polis bölməsinə aparılıb. Faktla bağlı araşdırmalar davam edir.