Millət vəkili Bakıda növbəti beynəlxaq tədbir keçirəcək

 adilll

Xalq.az xəbər verir ki, Millət vəkili Kik-boksinq federasiyasının prezidenti Adil Əliyevin təşkilatçılığı ilə sentyabrın 22-də Bakıda Ulu Ondər Heydər Əliyevin 90-illik yubileyinə həsr olunmuş, kik-boksinq üzrə novbəti möhtəşəm beynəlxalq peşəkar  turnir keciriləcək.Turnirə bir sıra tanınmış idmançılar və müğənnilər qatılacaqlar. Həyata keçiricəyimiz beynəlxal turnirə Bakı ev sahibliyi edəcək və Sərhdəçi İdman Kompleksində baş tutacaq. Artıq bununla bağlı hazırlıq işləri gedir. Turnirlə bağlı yaxın günlərdə mətbuata əlavə məlumatlar veriləcək.