Millət vəkili futbol meydançasında

 

16

Millət vəkili Qənirə Paşayeva Azərbaycanın ən yaxşı futbol klublarından olan və böyük futbol ənənələrinə malik Tovuzun “Turan” futbol klubunu məşq zamanı ziyarət edib. 
Xalq.az  xəbər verir ki, millət vəkili, oyunçularla, məşqçilərlə, komanda heyəti ilə söhbət edib, eyni zamanda, Turan futbol komandasının uşaq və yeniyetmələrdən ibarət heyəti ilə də görüşüb. Q. Paşayeva onların arasından inşallah Azərbaycanın milli yığmasında oynaya biləcək futbolçuların çıxacağına inandığını deyib və onlara uğurlar diləyib

Millət vəkili müəllifi olduğu kitabları imzalayaraq komanda üzvləri və məşqçilərə hədiyyə edib. Görüşdə  Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan, TRT-nin Bakı ofisininrəhbəri Əmrah Yazıçı və onların ailə üzvləri də iştirak edib.

 

11 12 13 14 15 16 17