Millət vəkili görüş keçirdi

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədr müavini, Azərbaycan – Bolqarıstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Rauf Əliyev Bolqarıstanın Azərbaycandakı səfir əvəzi Yanko Yanakiyevlə görüşüb. XALQ.AZ -ın verdiyi məlumata görə, görüşdə iki ölkə arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişaf etdiyi və hal-hazırda strateji əməkdaşlıq səviyyəsində olduğu qeyd olunmuş və bu sahədə iki dövlət başçılarının qarşılıqlı səfərlərinin əhəmiyyəti vurğulanıb.

Görüşdə iki ölkə arasında mədəniyyət, sosial, energetika sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perespektivləri müzakirə olunub. Qeyd olunub ki, bu ilin yanvarın 18-dən etibarən Bakı – Sofiya – Bakı aviareysinin açılması iki ölkə arasında əlaqələrin daha da inkişaf etməsinə əlverişli şərait yaradacaqdır.