Millət vəkili görüş keçirdi

 

Deputat Baş Nazirlə görüşüb

26 mart tarixində Bolqarıstanda növbədənkənar Parlament seçkisi keçrilib.XALQ.AZ-ın verdiyi məlumata görə, Milli Məclisin deputatı Azərbaycan-Bolqarıstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Rauf Əliyev Bolqarıstan Parlamentinin dəvəti ilə 24-27 mart 2017 –ci il tarixlərində Bolqarıstanda səfərdə olub.

Səfər zamanı Rauf Əliyev Bolqarıstanın Baş Naziri Oqnyan Gercikovla görüşüb. Görüşdə Bolqarıstan-Azərbaycan Ticarət Palatasının sədri Dimitri Bratanov iştirak edib. Görüş zamanı Bolqaristan-Azərbaycan əlaqələrinin mövcud vəziyyəti, iki ölkə arasında iqtisadiyyat, mədəniyyət və digər sahələrdə əlaqələrin mövcud vəziyyəti və inkişaf perespektivləri müzakirə olunub. Gələcəkdə bu əlaqələrin daha da genişləndirilməsinin hər iki ölkə üçün əhəmiyyət daşıdığı qeyd olunub.
Səfər zamanı Bolqarıstanın Gənclər və İdman Naziri Daniyela Daçova və Vasil Levskiy adına Milli İdman Akademiyasının rektoru Professor Penço Gerçovla görüş keçirilib. Görüşdə iki ölkə arasında idman sahəsində əməkdaşlığın mövcud və inkişaf perespektivləri müzakirə olunub.