Millət vəkili hesabat verdi

vus

Milli Məclisin deputatı Vüsal Hüseynov illik hesabat açıqlayıb

2016-cı il ərzində ümumilikdə 367 müraciət daxil olmuşdur. Onlardan 310-u Ucar rayonunda, o cümlədən Milli Məclisin inzibati binasında müxtəlif vaxtlarda təşkil etdiyimiz (mən və köməkçim) qəbul və görüşlər zamanı, 31-i yazılı formada məktubla və 26-sı elektron (sosial şəbəkə, elektron poçt və s.) formada edilən müraciətlərdən ibarətdir. Bu müraciətlərin böyük əksəriyyəti 280 müraciət iqtisadi-sosial xarakterli məsələlərlə bağlı 87-si digər məsələlərlə, əsasən bizim fəaliyyətə bağlı olmayan məzmunda olmuşdur.

Bu müraciətdən 272-si müsbət həllini tapmışdır. Bu isə ümumi müraciətlərin 74,1% deməkdir. 14 müraciət hazırda baxılmaqdadır.

Müraciətlərə baxılmasında göstərdikləri diqqət, dəstək və müsbət yanaşma üçün Ucar rayonunun yerli dövlət orqanlarına (icra, məhkəmə, hüquq mühafizə, bələdiyyə və sair) xüsusilə yerli icra hakimiyyətinin rəhbərliyinə minnətdarlığımı bildirirəm.

81 müraciət üzrə üzrə qənaətbəxş nəticə əldə edilməmişdir. Bu isə təəssüf ki, müraciətlərin məzumununun və narahatlıqların miqyasının bizim imkanlardan və səlahiyyətlərdən kənar olması ilə bağlı olmuşdur. Bu tip müraciətlər əsasən iş yerləri ilə təmin edilmə, maliyyə yardımının göstərilməsi, məhkəmə predmeti olan məsələlər və sair oxşar müraciətlərdir.

Hər bir halda hər bir müraciət üzrə müraciət müəllifi ilə əlaqə saxlanılmış, izah və tövsiyələr verilmişdir.

Əgər hər hansı bir müraciət müəllifi ilə əlaqə saxlanılmayıbsa və ya müraciəti ilə bağlı heç bir hal baş verməyibsə bu yalnız hansısa texniki səbəbdən baş verə bilər və belə hal əgər varsa üzrlü hesab edilməsini və bizə məlumat verilməsini xahiş edirik.

 

Фото Vusal Huseynov.