Millət vəkili İsraildə səfərdədir

 

09

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov İsraildə səfərdədir.
Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, səfərin məqsədi İsraildə keçirilən Azərbaycan günlərinə həsr olunmuş tədbirlərdə iştirak etməkdir. Tədbirlərdə Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri, hazırda ölkəmizdə müşahidə olunan dinamik inkişaf, əldə edilən nailiyyətlər, həmçinin üzləşdiyimiz problemlər barədə ictimaiyyətə geniş məlumat veriləcəkdir.
Noyabrın 17-dək davam edəcək səfər çərçivəsində keçiriləcək görüşlərdə xalqlarımızın dostluq münasibətləri, iki ölkə arasında əlaqələrin genişləndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılacaqdır.