Millət vəkili küçədə güllələndi-Video

Ukraynanın paytaxtı Kiyevin mərkəzində atəş açılıb. Ukrayna polisi, açılan atəş zamanı  keçmiş rus  məclis üzvü Denis Voronenkovun həyatını itirdiyini, çox sayda yaralı olduğunu açıqladı.
XALQ.AZ xəbər verir ki, Kiyev polis təşkilatı səlahiyyətlisi Andrey Grişenko açılan atəş nəticəsində, iki nəfərin  yaralandığını bildirib.
Grişenko Vorovenkovun qatil şübhəlisinin yaralanaraq yaxalandığını və nəzarət altına alındığını ifadə edib. Şübhəli tibbi müdaxilə altındadır.
Rus parlamentinin alt məclisinin keçmiş   üzvü olan Voronenkov, keçən payızda Ukraynaya daşınmış və Ukrayna vətəndaşlığını qəbul etmişdi. Voronenkov Rusiyanı həyat yoldaşı Maria Maksakovala tərk etmişdi.

Картинки по запросу убийства экс-депутата Госдумы Дениса Вороненкова