Millət vəkili QMİ-ni müdafiə etdi

Etibar

Millət vəkili Etibar Hüseynov Ramazan bayramının vaxtı ilә yaşanan mübahisələrə münasibət bildirib.

XALQ.AZ-ın məlumatına görə, deputat “Facebook”da yazdığı statusda Qafqaz Müsәlmanları İdarәsinin bu məsələdə tutduğu mövqeyi müdafiə edib.

Onun sözlərinə görə, dünya müsәlmanlarının əksəriyyətinin bayramı iyulun 28-dә qeyd etdiyi halda,Azәrbaycanda bayramın bir gün sonra qeyd etmәsinin doğru olmaması ilә bağlı iddialar gülüncdür:

“İslam mәzhәblәrinin hәr birinin dinә öz yanşması , öz fәlsәfәsi , öz baxış bucağı var. Hәr mәzhәbin öz alimlәri, öz kitabları, öz mücdәhidlәri var.

Bu baxımdan, Azәrbaycanda әksәriyyәt tәşkil edәn şiәlәr dә öz alimlərinin, şeyxlәrinin fәtvası ile bayramı qeyd edirlər. Ona görə də dünya müsəlmanlarının əksəriyyətinin bayramı necə və nə vaxt qeyd etməsinin bizə dəxli yoxdur. Onda dünya müsəlmanlarının əksəriyyətini vəhhabbilər təşkil edir. Bu, o deməkdir ki, biz də namazı onlar kimi – qolubağlı, ayaqları aralı qılmalıyıq?

Bəlkə biz də həmin əksəriyyət kimi uzun saqqal saxlayıb, gödək şalvar geyinməliyik? Ona görə də kim istəyir bayramı öz şeyxinin dediyi vaxtda qeyd etsin, kim də istəyir öz abisi, xocası, əxisi dediyi vaxtda. Bu baxımdan, möhtərəm şeyximiz çox humanistlik nümayiş etdirdi. Buna görə onu çox vaxt qınamışam da. Çünki, bir vaxtlar vəziyyət o həddə çatmışdı ki, paytaxtda öz məscidlərini tikmiş vəhhabilər bizlərdən fərqli bir vaxtda, nurçular isə başqa vaxtda əzan verirdilər.

Qurban bayramı ilə bağlı vəziyyət də eyni cür idi. Dünyanın elə bir ölkəsi yoxdur ki, orada üç vaxt əzan verilə. Bu, biabırçılıq idi. Qardaş deyib qucaq açdıqlarımız sonda bütün əndazələri aşdılar və öz qaydalarını diqtə eləməyə başladılar. Ona görə də qonağa qonaq yerini göstərməyin vaxtı çatıb. Hər bir halda, Allah hamının orucunu və dualarını qəbul etsin! Hamının bayramı mübarək olsun!”