Milli Məclisin deputatı Azər Kərimli mayın 15-də Fransanın Strasburq şəhərinə səfərə gedəcək. Milli Məclisdən XALQ.AZ-a verilən xəbərə görə, millət vəkili Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi çərçivəsində keçiriləcək görüşlərdə iştirak edəcək.
Söhbət zamanı ölkəmizlə Avropa İttifaqı arasında əlaqələrin hazırki durumu və inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılacaq.
Səfər mayın 17-də başa çatacaq.