Millət vəkili Eldəniz Səlimov bu gün deputat seçildiyi Xaçmaz rayon 55 saylı Seçki Dairəsinin seçiciləri ilə növbəti görüşünü – qəbulunu keçirib.
XALQ.AZ-ın məlumatına ggörə, görüş-qəbulda 25-ə yaxın seçici iştirak edib.
Millət vəkili qəbul zamanı bütün seçiciləri bir-bir dinləyib, onları maraqlandıran məsələlərin həlli istiqamətində addımlar atıb.
“Müraciətlərin 50 faizi yerindəcə həllin tapıb”-deyə, məlumatda daha sonra qeyd olunub.