Millət vəkili sosial reklamlarla bağlı məsələyə xüsusi diqqət ayırıb-Video

Millət vəkili Q. Paşayeva “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna dəyişikliklər edilməsi barədə layihə haqqında, reklamlarla bağlı qanunvericilikdə edilən dəyişikliklərin müzakirəsi zamanı da çıxış edib, müxtəlif təklif və iradlarını səsləndirib.

XALQ.AZ xəbər verir ki, Millət vəkili Qənirə Paşayeva sosial reklamlarla bağlı məsələyə xüsusi diqqət ayırıb. O bildirib ki, sosial reklamların televiziyalarda qanunvericilikdə öz əksini tapdığı şəkildə yayımlanması vacibdir: “Səhiyyə, təhsil, yol-nəqliyyat təhlükəsizliyi, ailə mövzularında sosial reklamların və roliklərin əhalinin diqqətini həmin məsələyə yönəltməkdə, maaarifləndirmədə xüsusi bir yeri var. Amma biz onları nadir görürük təəssüf ki…

Millət vəkili sosial reklamlarla bağlı məsələyə xüsusi diqqət ayıraraq bildirib ki, sosial reklamların tez-tez yayımlanması məsələsi çox vacibdir. Əhalinin maarifləndirilməsində sosial reklamların böyük əhəmiyyətindən danışan millət vəkili Qənirə Paşayeva televiziyalar sosial reklamları tez-tez yayımlayarsa, bu, əhali arasında çox ciddi məsələlərlə bağlı təbliğat-təşviqat işlərinin, maarifləndirmənin daha geniş yayılmasına ciddi təkan verə bilər. Bəzi ölkələrin sosial reklamlarla bağlı təcrübəsini misal gətirən millət vəkili Qənirə Paşayeva Azərbaycanda da sosial reklamlar bağlı məsələnin ciddi şəkildə öz həllini tapmasının vacibliyini vurğulayıb. Sosial reklamlar və əhalinin daha geniş maarifləndirilməsi üsullarına toxunan Q.Paşayeva KİV-i də bu məsələyə daha geniş önəm və yer verməyə çağırıb. “Əhalinin tibbi maarifləndirilməsinin, ailə dəyərlərinin, təhsilin ciddi şəkildə təbliği bu günümüz və gələcəyimiz üçün ən önəmli məsələlərdən biridir və onlarla bağlı sosial reklamların sayı artmalıdır və tez-tez yayımlanmalıdır”. Millət vəkili Qənirə Paşayeva bəzi xarici və yerli ölkə həkimlərin, bəzi tibb müəsisələrinin doğru olmayan reklamı zamanı əhalinin aldadıldığına da diqqət çəkib. ”

Elə xəstəliklər var ki, onların müalicəsi asan deyil və həkim hələ xəstəni görmədən reklam edərək insanlara filan-filan xəstəliklərdən qısa zamanda tam xilas olmaq istəyirsənsə filankəs həkimə, filan klinikaya müraciət et kimi reklamlardan sonra, xəstələr qısa zamanda o xəstəlikdən xilas ola bilməyəndə ciddi narazılıq və inamsızlıq başlayır. Dünyanın inkişaf edən ölkələrində həkimlərin və klinikaların bu formada reklam olunmasına icazə verməzlər bu cür reklamlar insanları doğru bilgiləndirəcək şəkildə qurulmalıdır. Bizdə də bu məhz bu cür tənzimlənməlidir. Biz onların reklam olunmaq istəyinə qarşı deyilik, amma reklam doğru şəkildə qurulmalıdır ki, vətəndaşlarımız yanılmasınlar və onların mənafeyi qorunsun. Millət vəkili dərmanlarla bağlı reklam məsələsinə də ciddi diqqət verilməli olduğunu deyib və bu sahədə olan bugünkü vəziyyətin düzəlməsi üçün təkliflərlə çıxış edib.

 

Elgün