Millət vəkilimiz : “Ölkədə matəm elan olunmalıdır”

“Narkoloji dispanserdə baş verən hadisə ilə bağlı ölkədə matəm elan olunmalıdır”.

XALQ.AZ bildirir ki, bu fikirləri a24.az-a millət vəkili Fazil Mustafa Bakıda baş verən faciəni şərh edərkən deyib.

Bildirib ki, 30-a yaxın nəfərin ölümü çox ciddi bir hadisədir.

“Bu çox üzücü bir haldır. Bu yanğının hansı səbəbdən baş verdiyi ciddi şəkildə araşdırlmalıdır. Bu səhlənkarlıqla bağlı ciddi bir tədbir görülməlidir”.

RƏSUL