Millət vəkilləri AŞPA-nın yaz sessiyasında iştirak edecəklər

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın yay sessiyasında iştirak etmək üçün bu gün Strasburqda səfərdə olacaqlar. Milli Məclisdəb XALQ.AZ- a verilən məlumata görə, nümayəndə heyətinə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Asim Mollazadə, Çingiz Qənizadə, Elşad Həsənov, Naqif Həmzəyev daxildirlər.

Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, AŞPA-nın yeni prezidenti və vitse-prezidentləri seçiləcəkdir. Sessiya çərçivəsində 11 aprel 2018-ci ildə Azərbaycanda keçirilmiş prezident seçkiləri, Suriyanın qonşu ölkələrində qaçqınların humanitar vəziyyəti, Avropa Şurasına üzv dövlətlərdə insan hüquqları müdafiəçilərinin qorunması, bu ölkələrdə qeyri-hökumət təşkilatlarının fəaliyyəti, İqtisadiyyatda qadınların bilik və bacarıqlarının artırılması, Mədəni irs abidələrinin qanunsuz satışı və dağıdılması mövzularında müzakirələr aparılacaqdır. Deputatlarımız gündəlikdəki məsələlərlə bağlı çıxış edəcək, fikirlərini bildirəcəklər.

Qeyd edək ki, səfər iyulun 1-dək davam edəcək.