Milli Fəaliyyət Planı təsdiq edilib

Azərbaycan Prezident İlham Əliyev “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018–2020-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

XALQ.AZ  xəbər verir ki, Səhiyyə Nazirliyinə bu sərəncamla təsdiq edilən Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirmək və Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat vermək tapşırılıb.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll edəcək.

 

Orxan