Milli komandamızdan qələbə

Qelebe

Qadınlardan ibarət voleybol yığmamız İtaliyada keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

XALQ.AZ-ın məlumatına görə, yığmamız ilk oyununda 3 qat dünya çempionu olan Yaponiya millisinə qarşı gərgin və dramatik keçən görüşdə 3:2 hesabı ilə qalib gəlməyi bacarıb.

Bundan bir qədər öncə təmsilçimizin yer aldığı D qrupunda Çin Puerto Riko yığmasını 3:0 məğlubiyyətə uğradıb.

Millimizin qarşıdakı rəqibləri isə D qrupundakı rəqibləri – Çin və Puerto Riko yığmaları olacaq.

Qeyd edək ki, Çin çətinlik çəkmədən Puerto-Rikonu məğlubiyyətə uğratmağı bacarıb. Asiyalılar 3 setdə qalib gəliblər – 25:23, 25:18 və 25:20.