Milli Məclis dünya azərbaycanlılarına müraciət etdi

milli-meclis (1)

 

Milli Məclis 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə bağlı bu gün dünya azərbaycanlılarına müraciət edib.  Xalq.az-ın xəbərinə görə, müraciəti milli məclisin vitse-spikeri Bahar  Muradova oxuyub.

Müraciətdə bildirilib ki, Azərbaycanın diaspor təşkilatları inkişaf edib, möhkəmlənir. Onlar vətəndaşlarımızın müdafiəsi ilə bağlı daha yaxşı işlər görməkdədirlər. Dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılar bütün səylərini birləşdirsələr, o zaman Dağlıq Qarabağ problemi də həll olunar.  Biz bütün dünya azərbaycanlılarını milli birliyə çağırırıq. Biz bütün dünya azərbaycanlılarını- 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə bərik edir, hər kəsə möhkəm can sağlığı, ailə xoşbəxtliyi, nurlu gələcək arzu edirik”.

Scroll to top