Milli Məclisin əməkdaşları Almaniyada təcrübə keçdi

May 27-dən iyunun 2-dək Azərbaycan Respublikası Milli Məclisi Aparatının əməkdaşları Şahin Nəbiyev və Zöhrə Məmmədova Berlində səfərdə olublar.

 

XALQ.AZ xəbər verir ki, səfər Bundestaqın və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) maliyyə və təşkilati dəstəyi ilə GIZ-in “Şərq tərəfdaşlığı ölkələrində parlament administrasiyalarının gücləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilib.

Nümayəndə heyətini GIZ-in əməkdaşı Ülvi Abasquliyev müşayiət edib.

Səfərin məqsədi Almaniya Bundestaqının fəaliyyəti ilə tanışlıq, təcrübə mübadiləsi olub.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.