Millət vəkilləri görüş keçirdilər

Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşovun başçılıq etdiyi deputat qrupu Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze ilə görüşüb.

XALQ.AZ xəbər verir ki, görüşdə Azərbaycan və Gürcüstan arasında münasibətlər və parlamentlərarası əlaqələr müzakirə olunub.

İ. Kobaxidze görüşdən məmnunluğunu ifadə edərək Gürcüstan və Azərbaycanın strateji tərəfdaş olduğunu qeyd edib. Spiker Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və ikitərəfli münasibətlərə böyük önəm verdiyini bildirib.
Görüşdə iki ölkənin parlamentləri arasında əlaqələrin daha da gücləndirilməsi və bu istiqamət üzrə təkliflər nəzərdən keçirilib.

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir