Milli Məclisin növbəti iclasında 36 məsələyə baxılacaq

Milli Meclis-1

 

Azərbaycan Milli Məclisinin növbəti plenar iclası aprelin 14-də keçiriləcək.

 

XALQ.AZ-ın məlumatına görə, iclasın gündəliyinə 36 məsələ daxildir. Bunlar Hesablama Palatasının 2016-cı il üzrə fəaliyyəti haqqında illik hesabatı, İctimai Televiziya və Radio Yayımları Şurasının üzvləri barədə, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, “Məktəbə qədər təhsil haqqında” qanun layihələri, “Yanğın təhlükəsizliyi haqqında”, “Turizm haqqında”, “Texniki təhlükəsizlik haqqında”, “Yeyinti məhsulları haqqında”, “Toxumçuluq haqqında”, “Dövlət rüsumu haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, “Çayçılıq haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Telekommunikasiya haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Standartlaşdırma haqqında” və digər bir sıra qanunlara, o cümlədən Şəhərsalma və Tikinti, İnzibati Xətalar məcəllələrinə dəyişikliklərdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir