Milli Məclisin son iclasında 25 məsələyə baxılacaq

 

Milli Meclis-1

Azərbaycan Milli Məclisinin 2016-cı ildə-payız sessiyasında son iclası dekabrın 30-da keçiriləcək.

 

Milli Məclisdən verilən məlumata görə, iclasın gündəliyinə 25 məsələ daxildir.Bunlar vergi ödəyicilərinin 2017-ci il yanvarın 1-ə qədər olan vergi borclarının ləğvi barədə layihə, İnzibati Xətalar, Mülki Prosessual, Şəhərsalma və Tikinti məcəllələrinə, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “İcra haqqında”, “Büdcə sistemi haqqında”, “Notariat haqqında” və sair qanunlara dəyişikliklər, o cümlədən Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı Milli Məclisin müraciətinin təsdiq edilməsidir.

 

Scroll to top