Milli Məclisin televiziyası yaradıla bilər

Milli Məclisinin bu gün keçirilən plenar iclasında parlamentin televiziyasının yaradılması təklif edilib.

XALQ.AZ xəbər verir ki, bu təkliflə deputat Hikmət Məmmədov çıxış edib. Deputat qeyd edib ki, Milli Məclisdə qanun layihələri qəbul edilir, amma bunun izahının verilməsi üçün televiziya kanalına ehtiyac var: “Tutaq ki, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir. Bunun mahiyyəti açıqlamalıdır”.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov da bildirib ki, qanun layihələri qəbul edilir, müəyyən məsələlər müzakirə edilir, amma jurnalistlər buna diqqət yetirmir: “Milli Məclisdə akkreditasiya edilən jurnalistlərin işi parlamentin qəbul etdiyi qanunları təbliğ etməkdir. Amma belə olmur. Əgər kiçik bir insident olarsa, mətbuat bunu dərhal yazır”.

 

Elgün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.