Milli Məclis sabah toplanır

Sabah parlamentin növbəti plenar iclası keçiriləcək.

XALQ.AZ xəbər verir ki, bu  barədə  deputat Zahid Oruc məlumat verib. O qeyd edib ki, eyni zamanda, mayın 4-də də Milli Məclisin iclası olacaq:

“Hər iki iclasda ümumilikdə 52 məsələ müzakirəyə çıxarılacaq. Həmçinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin illik hesabatının da müzakirəyə çıxarılması gözlənilir. İclasda komitələrdə boş qalmış deputat yerlərinə də üzvlər seçiləcək”.

 

Elgün