Bu gün Milli Məclisin yaz sessiyasının növbəti iclası keçiriləcək.
XALQ.AZ Milli Məclisin mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasın gündəliyinə 36 məsələ daxil edilib.
İclasda Hesablama Palatasının 2016-cı il üzrə hesabatı, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi ilə bağlı məsələlər müzakirə ediləcək.
Gündəlikdə bir sıra qanunlara da dəyişiklər də nəzərdə tutulur. Bunlar aşağıdakılardır:
- “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında” qanuna dəyişiklik;
- “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna dəyişiklik;
3. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyesteri haqqında” qanuna dəyişiklik;
4. “Qiymətli kağızlar bazarı haqqında” qanuna dəyişiklik;
- “Ətraf mühitin mühafizəsi haqqında” qanuna dəyişiklik;
6. “Geodeziya və kartoqrafiya haqqında” qanuna dəyişiklik;
7. “Enerji resuralarından istifadə haqqında” qanuna dəyişiklik;
8. “İstehsalat və məişət tullantıları haqqında” qanuna dəyişiklik;
9. Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik;
10. “Məktəbəqədər təhsil haqqında”
- İnzibati Xətalar Məcəlləsinə dəyişiklik;
12. “Qaz təchizatı haqqında” qanuna dəyişiklik;
13. “Xidməti və mülki silah haqqında” qanuna dəyişiklik;
- “Yanğın təhlükəsizliyi haqqında” qanuna dəyişiklik;
- “Dərman vəsaitləri haqqında” qanuna dəyişiklik;
- “Fitosanitar nəzarəti haqqında” qanuna dəyişiklik;
17. “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanuna dəyişiklik;
- “Çayçılıq haqqında” qanuna dəyişiklik;
- “Üzümçülük haqqında” qanuna dəyişiklik;
- “Taxıl haqqında” qanuna dəyişiklik;
- “Yeyinti məhsulları haqqında” qanuna dəyişiklik;
- “Toxumçuluq haqqında” qanuna dəyişiklik;
- “Telekommunikasiya haqqında” qanuna dəyişiklik;
- “Avtomobil yolları haqqında” qanuna dəyişiklik;
- “Texniki təhlükəsizlik haqqında” qanuna dəyişiklik;
- “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna dəyişiklik;
27. “Standartlaşdırma haqqında” qanuna dəyişiklik;
- “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanuna dəyişiklik;
- “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanuna dəyişiklik;
- “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik;
- “Reklam haqqında” qanuna dəyişiklik;
- “Turizm haqqında” qanuna dəyişiklik;