Milli Məclis toplanır

Milli Məclisin  bu gün növbədənkənar iclası keçiriləcək.

XALQ.AZ xəbər verir ki,  bu gün növbədənkənar iclasın gündəliyinə 23 məsələ daxildir.

Bunlar aşağıdakılardır:

 

  1. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi haqqında;

  2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanun layihəsi 3-cü oxunuşda;

  3. “Ətraf mühitin mühafizəsi haqqında” qanuna dəyişiklik;

  4. Azərbaycan Respublikası hökuməti ilə Hindistan Respublikası hökuməti arasındakı diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad olunması haqqında Sazişin təsdiq edilməsi;

  5. Dərc olunmuş əsərlərin kor, görməqüsurlu və ya çap məhsullarının oxunmaqla bağl başqa əlilliyi olan şəxslər üçün əlçtanlığı asanlaşdırmağa dair Mərakeş Müqaviləsinə  qoşulmaq haqqında;

  6. “Dövlət sirri haqqında” qanuna dəyişiklik;

  7. “Sərhəd qoşunları haqqında” qanuna dəyişiklik;

  8. “Dövlət sərhədi haqqında” qanuna dəyişiklik;

  9. “Mülki müdafiə haqqında” qanuna dəyişiklik;

  10. “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik;

  11. Vergi Məcəlləsinə dəyişiklik;

  12. Əmək Məcəlləsinə dəyişiklik;

  13. “Qeyri Hökumət Təşkilatları, ictimai birliklər və  fondlar haqqında” qanuna dəyişiklik;

  14. “Siyasi partiyalar haqqında” qanuna dəyişiklik;

  15. “Cinayət yolu ilə əldə edilmiş  pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna dəyişiklik;

  16. “Təhsil haqqında” qanuna dəyişiklik;

  17. Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi  haqqında qanun layihəsi;

  18. “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanuna dəyişiklik;

  19. “Bədən tərbiyyəsi və idman haqqında” qanuna dəyişiklik;

  20. “Məşğulluq haqqında” qanun 2-ci oxunuşda;

  21. Əmək Məcəlləsinə dəyişiklik;

22.”Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanun layihəsi 2-ci oxunuşda”;

  1. “Uşaqların zərərli informasiyalardan qorunması haqqında” qanun layihəsi 1-ci oxunuşda